Avropa Stolüstü Tennis Birliyinin Ümumi Konqresi keçirilmişdir

 19 oktyabr 2016 cı il tarixlərində Macarıstanın Budapest şəhərində keçirilən stolüstü tennis üzrə Avropa Çempionatının ərəfəsində ənənəvi olaraq Avropa Stolüstü Tennis Birliyinin Ümumi Konqresi keçirilmişdir.

Konqress Beynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti, Avropa Stolüstü tennis Federasiyasının prezidenti Ronald Kramer, digər federasiyaların prezidentləri, vitse –prezidentləri və nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Azərbaycan Stolüstü Tennis Federasiyasını konqresde Federasiyanın vitse – prezidentləri təmsil etmişdir.

Konqresin gündəliyində səsvermə ilə prezident və vitse-prezidentlərin yenidən seçilməsi, Avropa Stolüstü Tennis Birliyinin idarə heyətinə seçkilərin keçirilməsi, 2017 Avropa Çempionatı barədə və bir sıra müxtəlif məsələlər müzakirəyə qoyulmuş müvafiq qərarlar qəbul edilmişdir.

-         Növbəti 4 il Avropa Stolüstü Tennis Birliyinə prezident Ronald Kramer seçilmişdir.

-               5 vitse prezidentlərdən isə Rusiya Və Türkiyəni təmsil edən vitse-prezidentlərin əvəzinə Rumıniya və Portuqaliya Federasiyasının nümayəndələri seçildi.

-         Avropa Stolüstü Tennis Birliyinin Komitələrinə Azərbaycan Stolüstü Tennis Federasiyasının 2 nümayəndəsi üzv seçildi. Texniki Komitənin üzvü vəzifəsinə Səbuhi Mehdizadə, Veteranlar Komitəsinə 2016-2018 –ci il müddətinə məşqçi Fərhad İsmayılov seçilmişdir.

Konqres çərçivəsində Federasiyanın nümayəndələri Beynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti Tomas Weikert ilə, Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer və bir sıra stolütsü tennis Federasiyalarının nümayəndəlikəri ilə görüşlər keçirib və əməkdaşlıqlar üçün müzakirələr aparılmışdır.

Əlavə olaraq Dünya və Avropa federasiyaları ilə birgə Azərbaycanda məşqçilər üçün “Beynəlxalq Stolüstü Tennis Federasiyasının II Səviyyə Kursu”nun təşkili nəzərdə tutulmuşdur. I səviyyə üzrə kurs 2015-ci ildə təşkil olunmuş, artıq 30 məşqçi Beynəlxalq Stolüstü Tennis Federasiyasının sertifikatını almışdır.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/107-avropa-stoluestue-tennis-birliyinin-uemumi-konqresi-kecirilmisdir?tmpl=component&print=1&layout=default&page=#sigFreeId4b9f6b2973