Stolüstü tennis üzrə “TOP-16” respublika turnirinə start verilmişdir

 Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının 2017-ci il təqvim – idman planına əsasən 26-27 yanvar  tarixlərində  Bakı şəhəri, “Şüa” idman – sağlamlıq kompleksində stolüstü tennis üzrə “TOP-16” respublika turnirinə start verilmişdir. Turnirdə, 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı ən yaxşı 16 oğlan və 16 qız  iştirak edir. 

          Turnir şəxsi xarakter daşıyır, dairəvi sistem üzrə və   beynəlxalq  stolüstü tennis federasiyasının qaydalarına  uyğun  keçirilir.

          Turnirdə I, II və III yerləri tutan idmançılar Stolüstü Tennis Federasiyası tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.