Stolüstü tennis komandamız “Çexiya Open” çempionatında iştirak edəcəkdir

 2017-ci il 08-12 fevral tarixlərində Çexiyanın Xodonin şəhərində yeniyetmələr arasında “Çexiya Open” çempionatı keçiriləcəkdir. Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq yarışlarına daxil olan bu çempionatda idmançılarımız oğlan və qızlar arasında komanda, şəxsi və qoşa yarışlarda mübarizə aparacaqlar. 36 ölkədən  301 idmançının qatıldığı çempionata komandamızın 4 nəfər üzvü məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında yollanmışlar.