Komandalarımız IV İslam Həmrəyliyi oyunlarının gümüş və bürünc medallarına sahib oldular

 IV İslam Həmrəyliyi oyunlarının son günündə qadın tennisçi komandamız İran komandası ilə final görüşündə gümüş medalla kifayətlənməli olub.

Qızlardan ibarət yığma komandaların mübarizəsində qızıl medalı İran yığması, gümüş medalı Azərbaycan və bürünc medalı isə Türkiyə yığması qazandı.

Oğlanlardan ibarət yığma komandamız isə 3-cü yer uğrunda mübarizədə Səudiyyə Ərəbistanı təmsilçilərinə qalib gələrək bürünc medal qazandılar.