Azərbaycan, İran və Türkiyə federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

 Ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu İqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, İran tərəfdən İran Stolüstü Tennis Federasiyasının prezidenti Mehrdad Əliqardaşi, Türkiyə tərəfdən isə Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç imzalayıb.

     Memorandum idmançıların perspektivlərini artırmağı, təcrübə mübadiləsi üçün qarşılıqlı klub liqa yarışlarında iştirak etməyi, birgə təlim-məşq toplanışları və turnirlər təşkil etməyi, ev sahibi olduğu bütün turnirlərdə digər tərəfin idmançılarını da dəvət etməyi nəzərdə tutur.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/141-az-rbaycan-iran-v-tuerkiy-federasiyalar-aras-nda-anlasma-memorandumu-imzalan-b?tmpl=component&print=1&layout=default&page=#sigFreeIded2ef36dc8