Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

31 may tarixində Dünya Stolüstü Tennis Federasiyasının İllik Ümumi Yığıncağı keçiriləcəkdir

 29 may – 6 iyun tarixlərində Almaniyanın Düsseldorf şəhərində stolüstü tennis üzrə Dünya çempionatı keçirilir.

Çempionat ərəfəsində 30 may tarixində Avropa Stolüstü Tennis Birliyinin konqresi keçiriləcək ki, Azərbaycanı həmin konqresdə Federasiyanın vitse -  prezidentləri Fazil Məmmədov və Səbuhi Mehdizadə təmsil edəcəklər. Konqresdə idarə heyyəti yenilikləri, avropa çempionatının komanda tədbirlərinin gələcəyi, milli çempionatların tarixləri, milli liqa tarixləri barədə məlumatlar müzakirə olunacaqdır.

Eyni zamanda 31 may tarixində Dünya Stolüstü Tennis Federasiyasının İllik Ümumi Yığıncağı keçiriləcəkdir. Bu iclasda Qitə Federasiyaların illik hesabatları, 2017-2020-ci illər Beynəlxalq Stolüstü Tennis Federsiyasının yeni  Prezident və icraedici orqanın seçkisi keçiriləcəkdir.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası