Fotoqalereya

photos

Videoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərlə görüş keçirilib

İyulun 25-də İqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyanın prezidenti Şahin Mustafayev Portuqaliyada keçirilən gənclərin Avropa çempionatında uğurla çıxış edən stolüstü tennisçilərimizlə görüşüb.
Dövlət başçısı tərəfindən digər sahələrlə yanaşı, idmana da böyük diqqət və qayğı göstərilidiyini vurğulayan Federasiya rəhbəri bu qayğının nəticəsi olaraq beynəlxalq yarışlarda idmançılarımızın uğurlarının artdığını diqqətə çatdırıb və müstəqillik illərində stolüstü tennis üzrə qazanılan ən yüksək nəticə olduğunu qeyd edərək, idmançılarımızı qələbə münasibətilə təbrik edib.
Komandanın baş məşqçisi Mixail Timofeyev yarışların gedişi və tennisçilərin çıxışları barədə məlumat verib və yığma komandanın maddi-texniki bazasının möhkəmləndirilməsinə və idmançılar üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.
Sonda stolüstü tennis üzrə Azərbaycan millisinin üzvlərinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, stolüstü tennisçimiz Ning Zhing Portuqaliyada keçirilən gənclərin Avropa çempionatında 1-ci yer tutaraq qızıl medalın sahibi olub. Gənc qızlardan ibarət millimiz komanda yarışlarında 3-cü yer tutaraq bürünc medal, qoşa yarışlarda 2-ci yeri tutaraq gümüş medal qazanıb.

       
       
 mok  gin  ittf ettu 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası