Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Avropa çempionatı ilə bağlı maraqlı rəqəmlər

Avropa Stolüstü Tennis Birliyinin nümayəndələri bu yaxınlarda başa çatmış turnirlə bağlı maraqlı rəqəmlər təqdim edib :
Yekaterinburq Avropa çempionatında 42 milli assosiasiyanı təmsil edən 303 oyunçu iştirak edib.
Onlar 10 gün ərzində 1430 görüş keçirib.
Turnirin keçirildiyi Ekspo – Mərkəzin tribunalarından 35 000 azarkeş 5404 oyunu seyr edib.
Cəmi 5404 oyun keçirilib və 99189 xal oynanılıb.
Çempionatda ən yaşlı oyunçu ispaniyalı Xe Jiven ( 53 yaş 4 ay ) və ən cavan oyunçu həmyerlimiz Nəzakət Qarayeva ( 13 yaş 10 ay ) olub.
Ən sürəkli görüş kişilərin qoşa yarışlarında Stefan Fogerell – Joao Monteyro və Robert Qardos – Daniel Xabezon arasında keçirilib. Oyun 78 dəqiqə davam edib.
Kişilər arasında ən çox oyun keçirmiş oyunçular danimarkalı Conatan Qros ( 18 oyun ) və isveçli Par Gerell ( 17 oyun ) , qadınlarda isə rumıniyalı Elizabet Samara ( 23 oyun ) və hollandiyalı Li Djie ( 20 oyun ) olub.
Və daha bir sıra maraqlı rəqəmlər:
İdmançıların istifadəsinə 35 avtobus verilmiş və onlar tədbir zamanı 120 000 kilometr məsafə qət etmişlər.
Çempionatda 150 könüllü iştirak edib.
Turnir üçün xüsusi olaraq 6000 top buraxılıb.
İştirakçılar üçün 6700 nahar və şam yeməyi hazırlanıb.
Oyunçular 16 000 butulka su içiblər.
Tədbirin keçirildiyi məkanın ərazisi 10 000 kvadrat metr olub.
Çempionat birbaşa 100 saat yayımlanıb.

       
       
 mok  gin  ittf ettu 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası