Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis turniri keçirilib

 Dekabrın 8 - də Stolüstü Tennis Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının nazirlik, komitə və agentliklərinin əməkdaşları arasında stolüstü tennis turniri təşkil olunub.

     Turnirin açılış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət, qayğıdan və son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Turnirin dövlət qurumlarının əməkdaşlarının sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, stolüstü tennis idman növünün təbliği məqsədilə təşkil edildiyini bildirib.
     Turnirdə İqtisadiyyat, Vergilər, Fövqəladə Hallar, Ədliyyə, Gənclər və İdman, Mədəniyyət, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük, Statistika Komitələrinin, Azərbaycan Dövlət İnformasiya və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentliklərinin 100-dək əməkdaşı iştirak etmişdir.
Turnirin qalibləri: 
     
                    Qadınlar
1. İbadova Firəngiz (İqtisadiyyat Nazirliyi)
2. Xanlarova Günel (Dövlət Gömrük Komitəsi)
3. Ağayeva Aysel (Təhsil Nazirliyi)
3.Babazadə Səmiyyə (Ekologiya və Təbii Sərvətlər Nazirliyi)
 
           Kişilər
1. İbrahimov Vüqar (Fövqəladə Hallar Nazirliyi)
2. Rzayev Tofiq (Fövqəladə Hallar Nazirliyi)
3. Cavadov Əmrah (Fövqəladə Hallar Nazirliyi)
3. Pənahov Elşən (Vergilər Nazirliyi)
     Qaliblərə Stolüstü Tennis Federasiyasının diplom, kubok, medal və hədiyyələri təqdim olunub.