Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilir

 04- fevral 2019-cu il tarixində Bakı şəhərində stolüstü tennis üzrə Azərbaycan Çempionatına start verilmişdir. Çempionat Azərbaycan Stolüstü Tennis Federasiyasının və Gənclər İdman Nazirliyinin təqvim idman planına müvafiq olaraq keçirilir.

Şəxsi və  komanda  xarakteri daşıyan çempionata respublikanın şəhər və rayonlarından  100-ə yaxın  idmançı qatılmışdır.

Açılış mərasimində çıxış edən vitse prezident Fazil Məmmədov  ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan və son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs etmişdir.  Cari ildə Macaristanda idmançılarımız 1 gümüş və 1 bürünc medal, Rusiayada 1 qızıl , 2 gümüş və 1 bürünc medal qazanmasını  vurğulamış və idmançıları təbrik etmişdir.

Azərbaycan çempionatı 08 fevral tarixinədək davam edəcəkdir.

       
       
 mok  gin  ittf ettu 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası