Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz Riqada 4 medal qazanıb

 15-17 fevral 2019-cu il tarixində Latviyanın Riga şəhərində stolüstü tennis üzrə Gənclərin Beynəlxalq  Kuboku keçirilmişdir. Beynəlxalq  turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Estoniya, Belarus, İngiltərə, İslandiya, Polşa, Latviya, Litva, Özbəkistan, Norveç və Farer Adalarından olan idmançılar mübarizə aparmışdırlar.

2007- ci il və azyaşlıların oyunlarında  tennisçimiz Adil Əhmədzadə (2008) gümüş medal, Hüseyn Eylzaov(2008) bürünc medal qazanmışdır.  Qızların yarışında isə Aslanova Arzu (2008) bürünc medal qazanmışdır.

2004-cü il və azyaşlıların yarışında  Məmmədov Emin (2005) bürünc medal qazanmışdır. Bu yaş qrupunun təsəlliverici oyunlarda da tennisçilərimiz Zemfira Mikayılova və Adil Əhmədzadə qalib olmuşdur.

       
       
 mok  gin  ittf ettu 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası