Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Xüsusi Qayğıya Ehtiyacı olan İnsanlar arasında stolüstü tennis üzrə turnir keçirilib

 Türkiyənin Kəmər şəhərində Xüsusi Qayğıya Ehtiyacı olan İnsanlar arasında stolüstü tennis üzrə turnirə start verilib.

Autizmlilərin İdman Klubunun mətbuat xidmətindən verilən məlumata görə, turnirdə Azərbaycanı Autizmlilərin İdman Klubu (AİK) təmsil edir. Stolüstü tennis üzrə turnirdə 12 və yuxarı yaş qrupundan olan idmançılar qatılıblar.
Turnirin ikinci günündə idmançılarımız 4 medal - 1 qızıl 2 gümüş 1 bürünc medal qazanıblar. Belə ki, yarışda iştirak edən Nicat Həmidov 1-ci,  Rza Bayramov və Xaqan Əliyev 2-ci yer, Kamal Bayramov isə 3-cü yerin sahibi olub.

Qeyd edək ki, Türkiyədə stolüstü tennis üzrə turnirə fevral ayının 22-dən start verilib. Fevralın 24-də isə turnir yekunlaşıb.

       
       
 mok  gin  ittf ettu 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası