Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz Qazaxıstanda 2 medal qazanıblar

 Məlumat verildiyi kimi, Qazaxıstan Stolüstü Tennis Federasiyasının dəvəti ilə stolüstü tennis üzrə yığma komandamız 10-13 mart 2019-cu il tarixlərində Qazaxıstanın Çimkənt şəhərində keçirilmiş beynəlxlaq turnirdə gücünü sınayıb. 7 ölkəni təmsil edən qızlardan ibarət 19 komandanın iştirak etdiyi turnir Qazaxıstanın milli qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunub.

Komanda yarışlarında Məryəm İmanova və Nəzakət Qarayevadan ibarət yığmamız gümüş medal, şəxsi yarışlarda isə, Məryəm İmanova bürünc medal qazanıb. 

Ümumilikdə, stolüstü tennisçilərimiz beynəlxalq turniri 2 medalla başa vurublar.

       
       
 mok  gin  ittf ettu 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası