Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

BSTF-nin prezidenti Tomas Vaykert

 
Tomas VaykertBeynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti Tomas Vaykert Beynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti öz işindən , tennislə bağlı həyatından , onu ən maraqlı idman növü hesab etdiyindən danışıb.
Prezidentliyə aparan yol haqqında :
Mən 12 yaşında oynamağa başlayanda ağlıma belə gəlməzdi ki , Beynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti olacağam. Bu uzun və planlaşdırılmamış bir yol idi. İlk öncə mən Almaniya Stolüstü Tennis Assosiasiyasında müşavir , 2005- ci ildə isə onun prezidenti vəzifələrində çalışdım. Beynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti seçildikdə elə zənn edirdim ki , bu qurum barədə artıq hər şeyi bilirəm. Lakin zaman keçdikcə başa düşdüm ki , öyrənəcəyim şey hələ çoxdur.
Oyunçu karyerası haqqında :
Mən 12 yaçında bu idmanla məşğul olmağa başlamışam . Lakin əvvəllər futbolu daha çox sevmişəm .Yaşadığım otağın pəncərəsindən idman zalı görünürdü və orada uşaqlar stolüstü tennis oynayırdılar.Mən də bir qədər sonra onlara qatıldım və artıq 15 yaşında ikən alman liqasının III və sonradan I divizionunda çıxış etməyə başladım.
Karyerasında ən yadda qalan anlar haqqında :
Bu oyun haqqında ən xoş xatirələrim içtirak etdiyim Beynəlxalq Tələbə Çempionatı olub. Tədbirdə mən məşhur polşalı oyunçu Andjey Qrubbaya qarşı oynadım və məğlub oldum.
Beynəlxalq Stolüstü Tennis Federasiyasının planları haqqında :
Düşünürəm ki , indiyədək kifayət qədər iş görmüşəm.Bizim əsas məqsədimiz stolüstü tennisi 5 ən populyar idman növləri sırasına çıxarmaq, iri miqyaslı tədbirlərin Avropa kanallarında daha geniş yayımlanmasına , mediada və internetdə onun təbliğinə nail olmaq və bir sıra digər məsələlərdir. Qarşıda böyük planlarımız vardır və biz hazırda inkişaf etməkdə olan ölkələri personal , məşqçilər və avadanlıqla təmin etmək istiqamətində qlobal işlər həyata keçiririk. İnanıram ki, yaxın gələcəkdə stolüstü tennis ən populyar və ən maraqlı idman növlərindən birinə çevriləcəkdir.
       
       
 mok  gin  ittf ettu 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası