Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Azyaşlılar arasında Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilir

 Aprelin 2-də Bakıda azyaşlılar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib. Şəxsi-komanda xarakteri daşıyan turnirdə respublikanın müxtəlif bölgələrindən 100 yaxın idmançı, 27 komanda iştirak edir.

Yarışların açılışı ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Stolüstü Tennis Federasiyasının vitse- prezidenti Fazil Məmmədov son illər ölkəmizdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, turnirin azyaşlıların idmana marağının artmasında əhəmiyyətini qeyd edib. Fazil Məmmədov son illər stolütü tennis idman növündə qazanılan uğurlardan danışıb, idmançılarımızın bu ilin əvvəlindən iştirak etdiyi 4 beynəlxlaq turnirdə 12 medal qazandığını vurğulayıb.

Yarışlar Federasiyanın idman zalında 4 aprel 2019-cu il tarixinədək davam edəcək.

       
       
 mok  gin  ittf ettu 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası