×

Xəbərdarlıq

JFolder: :files: Yol qovluğa gətirmədi. Path: /home/astfaz/public_html/images/shekiller/28-11-2015

×

Diqqət

There was a problem rendering your image gallery. Please make sure that the folder you are using in the Simple Image Gallery plugin tags exists and contains valid image files. The plugin could not locate the folder: images/shekiller/28-11-2015

Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatına start veriləcək

Noyabr ayının 28 – 29 tarixlərində "Şüa" idman – sağlamlıq kompleksində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək. Tədbirin təşkillində məqsəd veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi , onların fəal idman həyatına cəlb edilməsi , idman ustalığının qorunması və stolüstü tennisin təbliğ edilməsidir. Beynəlxalq stolüstü tennis qaydalarına uyğun şəxsi və qoşa formatda təşkil olunacaq yarışda 10 nəfərədək qadın və 50 nəfərədək kişi tennisçinin iştirakı gözlənilir. Şəxsi görüşlərdə 30 yaşdan yuxarı qadınlar , 40- 49, 50- 59 , 60 və yuxarı yaş qrupunda isə kişilər mübarizə aparacaqlar. Şəxsi yarışların hər yaş qrupunun qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom , kubok və mükafatları ilə təltif olunacaqlar.

{gallery}shekiller/28-11-2015{/gallery}