Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilmişdir.

Cari ilin 18-19 may tarixlərində idman mütəxəssisi Mais Şeydabəyovun xatirəsinə həsr olunmuş veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilmişdir

Şəxsi xarakter daşıyan çempionatda  50-dən çox veteran iştirak etmişdir.  Turnir idman mütəxəssisi Mais Şeydabıyovun xatirəsini yad etmək, veteranların sağlamlığının möhkəmləndirilməsi, fəal idman həyatına cəlb edilməsi məqsədini daşımışdır.

Açılışda iştirak edən Federasiyanın vitse-prezident Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan bəhs etmiş və yarış iştrakçılarına uğurlar arzulamışdır.

Turnirdə mərhumun ailə üzvləri də iştirak etmişdir. Oğlu atasının xatirəsini yad etdikləri üçün hər kəsə təşəkkürünü bildirmişdir.

İki gün davam edən turnirin qalibləri:

40-44 yaş qrupu üzrə qadınların oyununda  I yeri Xəyalə Qiyasova, II yeri  Könül Mikayılova, III yer isə Şəfəq Nəcəfova qazanmışdır. Bu yaş qrupu üzrə kişilərdə I yeri Vaqif Məmmədov, II yeri Zaur Mikayılov, II yeri isə Yaşar Mövlanov qazanmışdır.

50-59 yaş qrupunda kişilərdə  I yeri Teymur Hüseynov, II yeri İlham Ağayev, III yeri isə Əsgərqulu Heydərli qazanmışdır.

60 yaş və yuxarı yaş qrupu üzrə Iyerin sahibi  Səxavət Heydərov, II yerin Qulu Quliyev, III yerin sahibi isə Valeh Musayev olmuşdur.

Qoşa yarışlarda Mikayılov Zaur – Hüseynov Tahir I yeri, Əli Heydəri – Rəhim Hüseynov II yeri, Vaqif Məmmədov – Mehman Həsənov isə III yeri qazanmışdır.

Qaliblərə Federasiyanın diplom və mükafatları təqdim olunmuşdur.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası