Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz Fransada keçirilmiş turnirdə gümüş medal qazanmışlar

23 02 2016

17- 21 fevral 2016-cı il tarixlərində Fransanın Metz şəhərində yeniyetmə və azyaşlılar arasında keçirimiş Beynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniribaşa çatmışdır.

29 ölkədən 239 idmançının iştirak etdiyi turnir şəxsi və komanda formatında keçirilmişdir.

Yarışda ən güclü 8 komanda siyahısına daxil olan qızlardan ibarət komandamız 1/4 finala qədər yüksələrək Fransa komandasına məğlub olmuşlar.

Yeniyetmə oğlanlardan ibarət komandamız isə 1/2 finalda Yaponiya komandasına qalib gələrək finala vəsiqə əldə etmişlər. Komandamız finalda Rusiya komandasına məğlub olub II yer tutaraq gümüş medal qazandı.

       
       
 mok  gin  ittf ettu 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası