Stolüstü tennis üzrə Azərbaycan Birinciliyi keçirilir

 14 mart tarixində Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Azərbaycan Birinciliyinə start verilib.

“Şüa” İdman - Sağlamlıq Mərkəzində keçirilən yarışlarda 16 oğlan və 11 qız komandası iştirak edir.  

Respublikanın bir sıra şəhər və rayonlarının təmsil olunduğu birinciliyə 18 mart tarixində yekun vurulacaq.

Qeyd edək ki, yarışda qalib olmuş oğlanlardan və qızlardan ibarət komandalarımız 8-17 iyul 2016-cı il tarixində Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək Avropa Birinciliyində iştirak edəcək.