İdmançılarımız gənclərin Avropa çempionatına hazırlaşır
- Nəşr edilib 02.07.2019 14:32
- Çap

7-16 iyul tarixlərində Çexiyanın Ostrava şəhərində gənclərin Avropa birinciliyi keçiriləcəkdir. İdmançılar çempionatda 14 dəst medal uğrunda mübarizə aparacaqlar. Ölkəmizi təmsil edəcək idmançılar 6 iyul tarixində Çexiyaya yola düşəcəklər.
Xatırladaq ki, 2018 -ci il gənclərin Avropa çempionatında - qadınlardan ibarət komandamız çempionatın qalibi olmuş, şəxsi oyunlarda isə tennisçimiz qızıl medal qazanaraq ikinci dəfə gənclərin Avropa çempionu titulunu qorumuşdur.