Stolüstü tennisçimiz yenidən qitənin istedadları sırasında

2022 11 12
İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə Avropa Stolüstü Tennis Federasiyasının təşkil etdiyi “EUROTALENTS DEVELOPMENT CAMP” toplanışına yollanıb. Noyabrın 13-dən 20-dək Çexiyanın Havirov şəhərində keçiriləcək təlim-məşq toplanışında onu milli komandanın baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək. Havirov sınaqları sözügedən layihə çərçivəsində ilin sayca dördüncü və sonuncu toplanışıdır. Qitənin istedadlı tennisçiləri bunadək Slovakiya, Rumıniya və Fransada bir araya gəlmişdilər.