Yeniyetmələrin ölkə turniri keçiriləcək

 

Aprelin 29-da yeniyetmə stolüstü tennisçilər arasında ölkə turniri keçiriləcək. Sumqayıt şəhərində yerləşən “Qarabağ NN stolüstü tennis klubu”nda təşkil olunacaq yarışda 2014-cü il təvəllüdlü və daha az yaşlı idmançılar şəxsi xarakterli mübarizədə bacarıqlarını göstərəcəklər. Turnirin keçirilməsində məqsəd stolüstü tennisin kütləviliyini artırmaq, perspektivli idmançıları üzə çıxarmaqdır. Yarışın qaliblərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.