Avropa Stolüstü Tennis Birliyinin yeni rəhbəri seçilib

Bu gün Avstriyanın Lints şəhərində Avropa Stolüstü Tennis Birliyinin hesabat seçki konfransı keçirilib. Səsvermənin nəticələrinə görə portuqaliyalı Pedro Migel Moura qurumun prezidenti seçilib. Zoran Primorak (Xorvatiya), Didyö Leroy (Belçika), İnna Jozepsone (Latviya) Yaroslav Françijek Kolodjeyçik (Avstriya) və Sonya Qrefberq (Finlandiya) isə vitse-prezident vəzifəsini daşıyacaq. Qeyd edək ki, konfransda Azərbaycanı ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova təmsil edib.