Onur Quluzadə Çinə yollanıb

Stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Seçmə komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyunun 16-dən iyulun 4-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazalarından hesab olunur. Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

 

WhatsApp Image 2026 06 16 at 12.13.55