Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb
- Nəşr edilib 02.10.2026 10:55
- Çap
Oktyabr ayının 1-dən 10-dək Bakıda stolüstü tennis üzrə seminarlar keçiriləcək. Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeniy Timçenkoya həvalə olunub. Qazaxıstanlı mütəxəssis 1-7 oktyabr tarixlərində məşqçilər ücün "LEVEL 1" adlanan hazırlıq prosesində həm nəzəri, həm praktiki dərslər keçəcək. Oktyabrın 8-dən 10-dək isə uşaqlar ücün məşqlər təşkil olunacaq. Qeyd edək ki, seminarlar "Şüa İdman-Sağlamlıq Kompleksi"ndə keçiriləcək
