Stolüstü tennis üzrə yeniyetmələrin respublika birinciliyi keçiriləcəkdir

 10-11 iyun tarixlərində “Şüa” İdman – Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə yeniyetmələrin respublika birinciliyi keçiriləcək.

        Respublika üzrə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızların iştirak edəcəkləri yarışda Bakı, Sumqayıt və Gəncə şəhərlərindən, Şəki, Şabran, Şirvan, Salyan, Gədəbəy, Qax, Samux rayonlarından 100-ə yaxın idmançının iştirakı gözlənilir.

       Qaliblər Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.