16 dekabr tarixində veteranlar arasında turnir keçiriləcəkdir
- Published: Friday, 15 December 2017 17:53
2017-ci il 16 dekabr tarixində stolüstü tennis üzrə veteranlar arasında turnir keçiriləcəkdir. Turnir veteranların sağlamlığının möhkəmləndirilməsi, fəal idman həyatına cəlb edilməsi və idman ustalığının qorunub saxlanılması məqsədini daşıyır. Şəxsi kateqoriyada keçiriləcək turnirin qaliblərinə Stolüstü Tennis Federasiyasının medalları hədiyyə olunacaq.