Bu idman növü yenidən veteranları birləşdirdi

16 dekabr tarixində stolüstü tennis üzrə növbəti Veteranlar turniri keçirildi.Veteranların sağlamlığının möhkəmləndirilməsi ,onların fəal idman hərəkatına cəlb edilməsi , bu idman növünün geniş əhali arasında təbliği məqsədini daşıyan turnirə  müxtəlif şəhər və rayonlardan 40-a yaxın veteran qatılmışdır.

Turnirin qalibləri :  kişilər arasında 40-49 yaş qrupunda Talalayka Evqeniy I , Zeynalov Akif  II ,  Heydərli Əli  III yeri tutmuşlar.

50-59 yaş qrupu üzrə Ağayev İlham I , Hüseynov Teymur II , Heydərli Əsgər  III yeri tutmuşlar.

60  və yuxarı yaş qrupu üzrə isə Quliyev Qulu I yer,  Heydərov Səxavət II, Xudiyev Tahir  III yeri tutmuşlar.

Turnirin qaliblərinə Federasiyanın diplom və medalları təqdim olundu. Ağayev İlham  öz yaş qrupunda dəfələrlə I yerin qalibi olduğuna görə Federasiya  onu 2018-ci ildə  Avropa vetranlar  turnirinə göndərəcəkdir.