Stolüstü tennis üzrə TOP - 8 turnirinə start verildi
- Published: Tuesday, 02 February 2016 16:19
2016-ci ilin 02-03 fevral tarixlərində "ŞÜA" idman-sağlamlıq kompleksində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə TOP-8 turnirinə start verilib. Tədbirin keçirilməsində məqsəd respublikada stolüstü tennis daha da inkişaf etdirmək, stolüstü tennisin təbliğ edilməsi, reytinq xarakteri daşıyan yarışlarda Federasiya tərəfindən dəvət olunmuş milli yığma komandanın 8 oğlan və 8 qız idmançısı arasında ən güclülərini müəyyən etməkdir. Turnir beynəlxalq stolüstü tennis qaydalarına uyğun, şəxsi dərəcədə keçirilir.
Turnirində iştirak edəcək idmançıların siyahısı:
- 1. Cəfərzadə Cəfər
- 2. Həşimli Xəyal
- 3. Əliyev Sənan
- 4. Şahgəldiyev Əliverdi
- 5. Həsənov Nurlan
- 6. Allahverdiyev Vəzir
- 7. Wang Chenxi
- 8. Yang Xinyu
- 1. İmanova Məryəm
- 2. Wang Miao
- 3. Chen Xintai
- 4. Şirinova Şərmin
- 5. Qarayeva Nəzakət
- 6. Əhmədova Nəzrin
- 7. Məmmədli Fatimə
- 8. Ning Jing