Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışlarına start verilmişdir
- Nəşr edilib 17.05.2017 09:33
- Çap
Mayın 17-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışlarına start verilmişdir. Yarışın ilk gününə tennisçilərimiz uğurla başlamışdır.
Qadınların şəxsi yarışında 1/8 final mərhələsində tennisçilərimiz fələsəstinli və maldivli tennisçiləri 4:0 hesabı ilə məğlub edib.
Kişilərin şəxsi turnirində isə tennisçilərimiz BƏƏ –nin tennisçisinə 4:0 , nigeriyanın tennisçisinə 4:1 hesabı ilə qalib gəlib.
18 may tarixində tennisçilərimiz 1/4 finalda iranlı və fələstinli tenniçilərlə qarşılaşacaqlar.