Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında tennisçimiz finalda

 İslam Həmrəyliyi oyunlarında bu gün qadınlar arasında stolüstü tennis üzrə şəxsi  yarışların yarımfinal mərhələsinə yekun vurulmuşdur.

Final uğrunda mübarizədə  tennisçimiz Zinq Ninq İran  tennisçisi Nedə Şahsavari ilə üz-üzə gəlib. Ning Zing 4:1 hesabı ilə İran təmsilçisini məğlub edərək finala çıxmışdır.

Qadınların şəxsi yarışlarının  final mərhələsində Türkiyə təmsilçisi Mələk Hu ilə Azərbaycan idmançısı Zinq Ninq qarşılaşacaqlar.

Digər tennisçimiz Vang Miao yarımfinal mərhələsində Türkiyə təmsilçisi Hu Mələyə məğlub olmuşdur. Tennisçimiz bürünc medal uğrunda  İran təmsilçisi Nedə Şahsavari ilə mübarizə aparacaq.

Hər iki qarşılaşma bu gün  Sərhədçi İdman Kompleksində baş tutacaqdır.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/138-bak-2017-iv-islam-h-mr-yliyi-oyunlar-nda-tenniscimiz-finalda?layout=default&print=1&tmpl=component#sigFreeIdcef1c1f7b5