Yeniyetmələrin ölkə birinciliyinin zona yarışları keçirilmişdir

 15-18 iyun 2017-ci il tarixlərində Şəmkir şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi stolüstü tennis üzrə Yeniyetmələrin ölkə birinciliyinin zona yarışları keçirilmişdir. Birincilikdə şəhər və rayonlardan 2004-cü il və daha kiçik təvəllüdlü idmançılar komanda dərəcəsində mübarizə aparırdılar. Iştirak edən komandalar arasında ilk 5 yer - oğlanlarin yarışında müvafiq olaraq 1 saylı RİOEUGİM, Şabran, Salyan, Qaradağ UGİM, Sumqayıt UGİM, qizlarda 1 saylı RİOEUGİM, Sumqayıt UGİM, Qaradağ UGİM, Şabran, Gəncə komandaları final mərhələsinə vəsiqə qazanıb.

Cari ilin 21-24 iyun taixlərində isə Qax şəhərində digər zona yarışları təşkil olunacaq. Bu zonada da ilk 5 yerin qalibi finala vəsiqə qazanaraq mübarizəni davam etdirəcəkdir.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/145-yeniyetm-l-rin-oelk-birinciliyinin-zona-yar-slar-kecirilmisdir?tmpl=component&print=1&layout=default&page=#sigFreeId2d2c3cabbb