03 - 06 iyul 2017-ci il tarixlərində stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcəkdir

 03 - 06 iyul 2017-ci il tarixlərində Bakı şəhəri “Şüa” idman kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcəkdir. Birincilik 2005-2006, 2007-ci il və daha kiçik təvəllüdlü idmançılar arasında keçirilir. Yarış şəxsi xarakter daşıyır.  Yarışda Bakı, Sumqayıt, Şəki, Şabran, Şirvan, Gəncə, Salyan, Gədəbəy və  Qax rayonlarından idmançıların iştirakı nəzərdə tutulub.