03 - 06 iyul 2017-ci il tarixlərində stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcəkdir
- Nəşr edilib 01.07.2017 13:59
03 - 06 iyul 2017-ci il tarixlərində Bakı şəhəri “Şüa” idman kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcəkdir. Birincilik 2005-2006, 2007-ci il və daha kiçik təvəllüdlü idmançılar arasında keçirilir. Yarış şəxsi xarakter daşıyır. Yarışda Bakı, Sumqayıt, Şəki, Şabran, Şirvan, Gəncə, Salyan, Gədəbəy və Qax rayonlarından idmançıların iştirakı nəzərdə tutulub.













