Seçmə komandamız yarımfinala yüksəlib
- Nəşr edilib 27.04.2023 16:54
- Çap
Stolüstü tennis üzə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində uğurla çıxış edir. Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız ¼ finalda Sloveniya millisini də 5-1 hesabı ilə məğlub edib. Stolüstü tennisçilərimiz finala gedən yolda ev sahibinin digər kollektivi ilə üz-üzə gələcəklər. Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparır.
https://astf.az/index.php/az/421-secm-komandam-z-yar-mfinala-yueks-lib?layout=default&print=1&tmpl=component#sigFreeIddbb9fa0345