Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının dəstəyi ilə keçirilən “Həvəskar və veteran Liqası”nın V - yubiley turnirinə yekun vurulub. 

Həlledici qarşılaşmalarda “VITTA-Supernova”nı 5:1 hesabı ilə məğlub edən “Xəzər-Şüa” komandası baş mükafata layiq görülüb. “Zəfər” komandası isə “Aquasport” üzərində 5:2 hesablı qələbə ilə bürünc medallara sahib çıxıb.

1-ci yer: “Xəzər – Şüa” (T. Aliulina (C), A. Heydərli, Z. Mikayılov, Z. Aslanov)
2-ci yer: “VITTA-Supernova” (M. İmanova (C), M. Kuvayeva, R. Əliyeva)
3-cü yer: “Zəfər” (M. Rüstəmov (C), İ. Həsənov, M. Davari, Ə. Səfərov, R. Hüseynov)

Fərqlənən iştirakçılar yarış təşkilatçıları tərəfindən mükafatlandırılıblar. Çempion komandanın üzvlərinə keçici kubok, yubiley medalları, diplomlar və sponsorlar - professor Firuddin Hüseynov, Əlixan Əlizadə, Elşad Vahidov və Elçin Mustafayev tərəfindən pul mükafatları təqdim olunub.

ASTF adından bütün komandaları təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayırıq!

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/659-stoluestue-tennis-uezr-liqa-turniri-basa-cat-b?layout=default&print=1&tmpl=component#sigFreeIdb6e93dac76