Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar
- Nəşr edilib 16.08.2026 18:08
- Çap
Yeniyetmə stolüstü tennisçilər Türkiyənin Yalova şəhərində keçirilən beynəlxalq turnirdə etimadı doğruldublar. Türkiyə, Qazaxıstan, Rumıniya, Bolqarıstan və Estoniya idmançılarının da qatıldığı yarışda Vaqif Babayevlə Şakir Qədirov komanda yarışında ikinci, Banu İmanverdizadə ilə Sofiya Trofimenko üçüncü yeri tutub. Şəxsi mübarizədə isə Vaqif Babayev və Şakir Qədirov (U15) bürünc mukafat qazanıb. Qeyd edək ki, məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə qardaş ölkəyə yollanan idmançılar, avqustun 8-dən 14-dək Yalovada təşkil olunan beynəlxalq təlim-məşq toplanışında da iştirak ediblər.
View the embedded image gallery online at:
https://astf.az/index.php/az/667-stolustue-tenniscil-r-tuerkiy-d-n-4-medalla-qay-d-rlar?layout=default&print=1&tmpl=component#sigFreeIdd308d50840
https://astf.az/index.php/az/667-stolustue-tenniscil-r-tuerkiy-d-n-4-medalla-qay-d-rlar?layout=default&print=1&tmpl=component#sigFreeIdd308d50840