Bakı və Sumqayıt məşqçilərinin yetirmələrinin səviyyələrinin yoxlanılması

 Stolüstü tennis federasiyasının təşkilatçılığı ilə respublikanın regionlarından start götürən   tennis məşqçilərinin işinin, onların yetirmələrinin səviyyələrinin yoxlanılması işi 21 iyun 2016-cı il tarixində “Şüa”   idman – sağlamlıq kompleksində Bakı və Sumqayıt məşqçilərinin yoxlaması ilə yekunlaşacaqdır.

Yoxlama tapşırıqları əsasən ümumi və xüsusi fiziki hazırlıq normativləri əsasında icra ediləcəkdir.

Yoxlama prosesi ümumi olaraq 6 ay öncə və 1 il öncə bağlanmış müqavilələr əsasında işləyən məşqçilərə və digərlərinə aiddir. Hazırki tədbirin məqsədi respublika üzrə stolüstü tennisin inkışafını manitorinq edib perspektivli idmançıları aşkara çıxartmaqdır.

Ümumilikdə Bakı və Sumqayıt şəhərindən 22 məşqçinin və 260 idmançının iştirakı nəzərdə tutulub.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/86-bak-v-sumqay-t-m-sqcil-rinin-yetirm-l-rinin-s-viyy-l-rinin-yoxlan-lmas?layout=default&print=1&tmpl=component#sigFreeId8c8a66c8db