Təşkilat (müəssisə) əməkdaşları arasında keçirilən stolüstü tennis turnirinin nümunəvi Əsasnaməsi

NÜMUNƏ

 

 
Təsdiq edirəm
Yarış keçirən təşkilatın
(müəssisənin) adı ,
(imza)______Rəhbəri
gün, ay, il.   
Razılaşdırılıb
Azərbaycan Respublikası Stolüstü
Tennis Federasiyasının prezidenti
(imza)______ Şahin Mustafayev
gün, ay, il.
                                                     
                                                                                                                                                                                                                                               

Təşkilat (müəssisə) əməkdaşları arasında keçirilən
stolüstü tennis turnirinin
ƏSASNAMƏSİ.

 

1. Turnirin məqsəd və vəzifələri
Təşkilat (müəssisə) əməkdaşlarının sağlamlığının qorunub saxlanılması, möhkəmləndirilməsi, onların fəal idman həyatına cəlb edilməsi;
• Əhali arasında stolüstü tennisin məşhurlaşdırılması və təbliğ edilməsi.


2. Turnirin təşkili və rəhbərliyi
• Turnirin təşkilinə və keçirilməsinə ümumi rəhbərlik təşkilat (müəssisə) və Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyası tərəfindən həyata keçirilir;
• Turnirin keçirilməsinə bilavasitə rəhbərlik Federasiya tərəfindən təyin edilmiş hakimlər kollegiyasına həvalə olunur.


3. Turnirin keçirilmə yeri və vaxtı
• Turnir (şəhərin adı), (turnirin keçiriləcəyi ünvan - zal), (gün, ay, il) tarixində (saat) başlanır.

 

4. Turnirin proqramı, iştirakçılar və şərtlər
• Turnir şəxsi (və ya komanda) xarakteri daşıyır;
• Turnir Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına əsasən keçirilir.
Qeyd:
• Turnirin birinci mərhələsi dairəvi (və ya başqa) sistem üzrə keçirilir;
• Yuxarıda qeyd olunmuş şərtlərə uyğun olaraq idman ustalığından asılı olmayaraq bütün arzu edən sağlam şəxslər turnirdə iştirak edə bilərlər.

 

5. Mükafatlandırma
• Turnirin qalibləri təşkilat (müəssisə) və ASTF-nin diplom və mükafatları ilə təltif olunurlar.

 

6. Sifarişlər
• Turnirdə iştirakınızı təsdiqləmək üçün 000-00-00 nömrəli telefon ilə təşkilata (müəssisə) bildirməli, həkimdən arayış və şəxsiyyəti təsdiq edən sənəd isə turnir başlanmazdan əvvəl hakimlər kollegiyasına təqdim olunmalıdır.
• İştirakçıların (komandanın) ezamiyyə xərcləri yerli təşkilatlar, sponsorlar tərəfindən ödənilə bilər.

Mövcud Əsasnamə turnirə rəsmi dəvət sayılır.

 

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası