İqtisadiyyat nazirliyinin əməkdaşları arasında stolüstü tennis turnirinə start verilmişdir
- Nəşr edilib 10.12.2016 11:19
- Çap
İqtisadiyyat nazirliyinin əməkdaşları arasında 2016 - cı il 10 dekabr tarixində “Şüa” İdman - sağlamlıq kompleksində stolüstü tennis üzrə turnirə start verilmişdir.
Nazirliyin 40- a yaxın əməkdaşının iştirak etdiyi yarış şəxsi kateqoriyada beynəlxalq stolüstü tennis qaydaları əsasında keçirilir.
Turnir nazirliyinin əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin, o cümlədən stolüstü tennisin təbliği məqsədini daşıyır.
Qaliblər İqtisadiyyat nazirliyinin həmkarlar ittifaqı komitəsi və ASTF-nin diplom və mükafatları ilə təltif olunacaqlar.