İqtisadiyyat nazirliyinin əməkdaşları arasında stolüstü tennis turnirinə start verilmişdir
- Nəşr edilib 10.12.2016 11:19
İqtisadiyyat nazirliyinin əməkdaşları arasında 2016 - cı il 10 dekabr tarixində “Şüa” İdman - sağlamlıq kompleksində stolüstü tennis üzrə turnirə start verilmişdir.
Nazirliyin 40- a yaxın əməkdaşının iştirak etdiyi yarış şəxsi kateqoriyada beynəlxalq stolüstü tennis qaydaları əsasında keçirilir.
Turnir nazirliyinin əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin, o cümlədən stolüstü tennisin təbliği məqsədini daşıyır.
Qaliblər İqtisadiyyat nazirliyinin həmkarlar ittifaqı komitəsi və ASTF-nin diplom və mükafatları ilə təltif olunacaqlar.
View the embedded image gallery online at:
https://astf.az/index.php/az/111-iqtisadiyyat-nazirliyinin-m-kdaslar-aras-nda-stoluestue-tennis-turnirin-start-verilmisdir#sigFreeIdaa6180f77c
https://astf.az/index.php/az/111-iqtisadiyyat-nazirliyinin-m-kdaslar-aras-nda-stoluestue-tennis-turnirin-start-verilmisdir#sigFreeIdaa6180f77c













