Azərbaycan birinciliyinə start verilmişdir

 03 - 06 iyul 2017-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilmişdir. Açılış mərasimində iştirak edən Federasiyanın vitse-prezidenti Fazil Məmmədov çıxışında ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan və son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs etdi. Sonda idmançılara uğurlar arzuladı. 2005-2006, 2007-ci il və daha kiçik təvəllüdlü idmançılar arasında keçirilən Birincilik şəxsi xarakter daşıyır. Yarışda Bakı, Sumqayıt, Şəki, Şabran, Şirvan, Gəncə, Salyan, Gədəbəy və Qax rayonlarından idmançılar iştirak edirlər.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/148-az-rbaycan-birinciliyin-start-verilmisdir?layout=default&print=1&tmpl=component#sigFreeIdcc06e44e7f