Azərbaycan birinciliyinə start verilmişdir
- Nəşr edilib 03.07.2017 14:09
03 - 06 iyul 2017-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilmişdir. Açılış mərasimində iştirak edən Federasiyanın vitse-prezidenti Fazil Məmmədov çıxışında ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan və son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs etdi. Sonda idmançılara uğurlar arzuladı. 2005-2006, 2007-ci il və daha kiçik təvəllüdlü idmançılar arasında keçirilən Birincilik şəxsi xarakter daşıyır. Yarışda Bakı, Sumqayıt, Şəki, Şabran, Şirvan, Gəncə, Salyan, Gədəbəy və Qax rayonlarından idmançılar iştirak edirlər.
https://astf.az/index.php/az/148-az-rbaycan-birinciliyin-start-verilmisdir#sigFreeIdcc06e44e7f