Photo gallery

photos

Video gallery

video pic2

Facebook page

Gənc və yeniyetmə idmançılar arasında Azərbaycan Kuboku uğrunda yarışlara start verildi

  • Published: Tuesday, 24 October 2017 14:27

24 oktyabr 2017 –ci il tarixində təqvim-idman planına uyğun olaraq Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə gənc və yeniyetmə idmançılar (2000-2002, 2003-cüil və daha kiçik təvəllüdlü) arasında stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlara start verildi . Şəxsi-komanda xarakteri daşıyan yarışlarda Bakı, Sumqayıt, Şabran, Gədəbəy və Şəki şəhərlərindən 19 yeniyetmə və 8 gənclərdən ibarət komanda olmaqla 100-ə yaxın idmançı iştirak edir.

Açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana  göstərilən böyük diqqət və qayğıdan, stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən  və son dövrlərdə idmançılarımızın əldə etdiyi yüksək nəticələrdən  bəhs etdi. Sonda idmançıların hər birinə uğurlar arzuladı. Kubok uğrunda yarışlara 27 oktyabr tarixlərində yekun vurulacaqdır.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Table Tennis Federation of Azerbaijan Republic