Tennisçilərimiz Gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turnirinə yola düşdülər
- Published: Wednesday, 01 November 2017 13:05
3-5 noyabr 2017-ci il tarixlərində Xorvatiyanın Split şəhərində gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcəkdir. 32 oğlan və 27 qız tennisçinin qatıldığı turnirdə qalib gələn 4 idmançı 2018 Buanes –Ayres Olimpiya Oyunlarına lisenziya qazanacaq. Azərbaycanı turnirdə 2 tennisçimiz təmsil edəcəkdir. Tennisçilərimiz bu gün Xorvatiyaya yola düşdü.













