Photo gallery

photos

Video gallery

video pic2

Facebook page

Stolüstü tennisçilərimiz Vətənə çempion kimi qayıtdılar

  • Published: Wednesday, 25 July 2018 17:29

 14-24 iyul tarixlərində Ruminyada təşkil olunan, 44 Avropa ölkəsindən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi gənclərin Avropa Çempionatı başa çatıb.

Stolüstü tennisçilərimiz çempionatda 2 qızıl  və 2 gümüş medal qazanıblar.

Belə ki, Azərbaycanın qızlardan ibarət yığması komanda hesabında I yer tutaraq  qızıl medalın, qoşa oyunlarında isə oğlan və qız idmançılarımız II yer tutaraq gümüş medalın sahibi olublar.

Şəxsi oyunlarda Azərbaycan stolüstü tennisçisi Ning Jing  I yer tutaraq ikinci dəfə gənclərin Avropa çempionu titulunu qoruyub.

Qeyd edək ki, bu, tennisçilərimizin indiyədək göstərdiyi ən yüksək nəticədir.

Stolüstü tennisçilərimiz bu gün səhər Vətənə qayıdıblar.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan yığmasını Stolüstü Tennis Federasiyanının nümayəndələri, idmansevərlər qarşılayıblar.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Table Tennis Federation of Azerbaijan Republic