Avropa Stolüstü Tennis Birliyinin növbəti Konqresi keçirilmişdir
- Published: Tuesday, 25 September 2018 16:10
Avropa çempionatı ərəfəsində İspaniyanın Alikante şəhərində Avropa Stolüstü Tennis Birliyinin növbəti konqresi keçirilmişdir. Konqresdə Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentləri Fazil Məmmədov və Səbuhi Mehdizadə iştirak etmişlər. Konqresdə gündəlikdə olan məsələlər, növbəti Avropa çempionatının keçirilmə yeri, 2019-cu ilin illik büdcəsi müzakirə edilmiş və Avropa Stolüstü Tennis Birliyinin komitələrinə seçkilər keçirilmişdir. Gündəlikdə olan digər məsələlərdən biri də şəxsi kateqoriyada Avropa çempionatında iştirakla bağlı yeni qaydaların təklif edilməsi idi. Belə ki hər bir Assosiasiyanın bundan sonra Avropa çempionatında iştirakıçı sayı əvvəlki ilin reytinqinə əsasən müəyyənləşəcək.
Federasiyanın vitse-prezidenti Səbuhi Mehdizadə yenidən Avropa Stolüstü Tennis Birliyinin Texniki komitəsinin, yığma komandanın məşqçisi Fərhad İsmayılov da həmçinin Veteranlar komitəsinin üzvü seçilmişdir.












