Növbəti təsnifat mərhələsi Bakıda
- Published: Monday, 01 October 2018 14:28
Bakıda Avropa Stolüstü Tennis Birliyinin təqvim idman planına müvafiq olaraq 2019 Avropa komanda çempionatının növbəti təsnifat mərhələsi keçiriləcəkdir. 02 oktyabr 2018-ci il tarixində saat 15:00-da qadınlardan ibarət yığma komandamız Almaniya yığması ilə, saat 18:00-da isə kişilərdən ibarət yığma komandamız Litva yığması ilə görüşəcək.
Avropa Stolüstü Tennis Birliyinin yeni qaydalarına əsasən Avropa komanda və şəxsi çempionatları bir il şəxsi və növbəti il komanda olmaqla keçiriləcəkdir. 2019-cu ildə keçiriləcək Avropa komanda çempionatında 24 qadın və 24 kişi komandası iştirak etmək hüququna malikdir. Bu 24-lüyə düşmək üçün Avropa komandaları ev sahibi və səfərdə olmaqla təsnifat oyunlarında iştirak edir.
Təsnifat oyunu Şüa İdman sağlamlıq kompleksində keçiriləcəkdir.
Tennis sevənləri oyunu izləməyə dəvət edirik.
https://astf.az/index.php/en/244-noevb-ti-t-snifat-m-rh-l-si-bak-da#sigFreeIda32faf8b11












