Azərbaycan Kubokuna start veriləcəkdir
- Published: Friday, 19 October 2018 15:56
Azərbaycan Stolüstü Tennis Federasiyasının və Gənclər İdman Nazirliyinin təqvim idman planına müvafiq olaraq 22-25 oktyabr tarixində Bakı şəhərində gənclər və yeniyetmələr arasında Azərbaycan Kuboku keçiriləcəkdir. Respublikanın bütün regionlarından idmançılar yarışda mübarizə aparacaqlar. 22 oktyabr saat 10.00-da start götürəcək yarış şəxsi və komanda xarakteri daşıyır.
Yarışın keçirilməsində məqsəd respublikada stolüstü tennisin kütləviliyini daha da genişləndirmək, güclü və perspektivli idmançıları aşkar etmək və yığma komandaya namizədləri müəyyən etməkdir.
4 gün davam edəcək yarış Şüa İdman kompleksində keçiriləcəkdir.












