Stolüstü tennis üzrə Avropa çempionatı başlayır
- Nəşr edilib 15.10.2016 11:20
18-23 oktyabr 2016 –cı il tarixlərində Macarıstanın Budapeşt şəhərində stolüstü tennis üzrə LİEBHERR – İTTF Avropa Stolüstü Tennis Çempionatı keçiriləcəkdir. Şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında keçiriləcək çempionatda müxtəlif ölkələrdən 132 kişi və 112 qadın idmançı iştirakını təsdiq etmişdir.
Avropa çempionatında Azərbaycanı qadın komandamız məşqçi M. Timofeyevin rəhbərliyi altında təmsil edəcəkdir.